Məqalələr

  • Tikinti şirkətlərinin parkinq fırıldağı - Sakinləri soyurlar

    «Binanın həyətində maşın saxlamağa görə alınan pullar qanunsuzdur» Ardını oxu

  • Evakuator sürücüləri bu cür özbaşınalıq edir

    Polisin iştirakı və göstərişi olmadan avtomobili cərimə meydançasına aparırlar Ardını oxu

  • Polis sabiq futbolçunu sərxoş halda saxlayıb

    Futbolçunun orqanizmində 0,44 promille alkoqol aşkarlanıb Polis Rusiya millisinin sabiq futbolçusunu sərxoş halda saxlayıb. Rusiya milli komandasının sabiq futbolçusu Pavel Poqrebnyak xoşagəlməz hadisə ilə üzləşib. Cars-az apasport.az-a istinadən xəbər verir ki, Moskva “Dinamo”sunun 32 yaşlı hücumçusu içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Noyabrın 3-də səhər saxlanılan futbolçunun orqanizmində 0,44 promille alkoqol aşkarlanıb. Moskva polisi futbolçunun sənədlərini məhkəməyə verməyə hazırlayır. Poqrebnyakı sürücülük hüququndan 1,5 illik məhrum edilməklə yanaşı, böyük pul cəriməsi gözləyir. Qeyd edək ki, bu ilin avqustunda İngiltərənin “Ridinq” klubundan “Dinamo”ya keçən hücumçu 2006-12-ci illərdə Rusiya millisində 33 oyuna 8 qol vurub. O, 2009-cu il martın 28-də Azərbaycan yığması ilə Moskvadakı matçda (2:0) da iştirak edib. Pavel “Zenit”in heyətində Rusiya çempionu (2007) və UEFA kubokunun (2007/08) qalibidi.  Ardını oxu

  • Bakıdan Tiflisə Yeni İl qatarı açıla bilər

    "Sifariş sayından asılı olaraq işçi və vaqon verəcəyik “Azərbaycan Dəmir Yolları” QSC Yeni İli Gürcüstanda qeyd etmək istəyən turistlər üçün Bakıdan Tiflisə xüsusi qatarın xəttə buraxılması barədə turizm şirkətlərindən müraciət gözləyir. Cars-az xəbər verir ki, bu barədə fins-ə “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. N. Əzməmmədov: “Yeni ildə əvvəlcədən turizm şirkətləri bizə müraciət edib, xüsusi qatar ayrılmasını istəsələr, biz onların müraciətini yerinə yetirib, sifariş sayından asılı olaraq işçi və vaqon verəcəyik”. Mətbuat katibinin sözlərinə görə, qatarın gediş-dönüş vaxtını və xidmətləri turizm şirkətləri özləri müəyyənləşdirirlər. Sifarişə uyğun bütün ödənişləri də şirkətlər özləri edirlər.  Ardını oxu

Ordu zabiti ilə yol polisi əlbəyaxa oldu

Ordu zabiti ilə yol polisi əlbəyaxa oldu

Hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib Bakıda milli ordunun zabiti ilə yol polisi əlbəyaxa olub. Cars-az criminal.az-a istinadən xəbər verir ki, bu gün metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında zabit özünə məxsus avtomobili park edib. Yaxınlıqdakı polis əməkdaşı maşını həmin yerdə park etməyin qadağan edildiyinə dair xəbərdarlıq edib. Lakin ordu zabiti ona əhəmiyyət verməyib. Yol polisi isə evakuator çağıraraq hərbçinin avtomobilini cərimə meydançasına aparmaqla cəzalandırmaq istəyib. Elə bundan sonra baş leytenantla polis arasında münaqişə başlayıb. Hərbçi maşını evakuatordan aşağı salmağı tələb edib, polis isə onun dediyini yerinə yetirməməyə çalışıb. Bir-birilərini söyüşlərlə təhqir ediblər. Sonra isə zabit istədiyinə nail olub. Maşını yol polisindən alaraq ərazini tərk edib.   Ardını oxu

Motosikletlərə qoyulan qadağa aradan qaldırıldı

Motosikletlərə qoyulan qadağa aradan qaldırıldı

Yol polisi isə nişanların insanların şikayəti əsasında qoyulduğunu bildirmişdi Ardını oxu

Prezidentin sürücüsü də deputat seçilib

Prezidentin sürücüsü də deputat seçilib

20 il könüllü sürücülük edən Ahmed Hamdi Çamlı noyabrın 1-də keçirilən seçkidə millət vəkili seçilib Ardını oxu

Top