Məqalələr

  • Yük maşını qəza törədib yola 25 min manat ziyan vurdu – FOTO

    «Azəryolservis»: «Avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib» Ardını oxu

  • Bakıda "Audi" markalı avtomobil belə yandı

    Avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir Noyabrın 7-i axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısında avtomobil yanıb. Avtosfer.az-n musavat.com-a istinadən məlumatına görə, “Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb. İlkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir. Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil Ardını oxu

  • Bakı-Qazax yolunda qəza: ailədən 3 nəfər yaralandı

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub. APA-nın məlumatına görə, hadisə bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb. İmişli şəhər sakini Qarayev Azər Ramin oğlu idarə etdiyi “Mercedes” markalı 30 BF 223 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - İmişli rayonunun Mirili kənd sakinləri, 1964-cü il təvəllüdlü Əhmədova Yeganə İsmi qızı qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Əhmədov Raqub Əhməd oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib. Ailənin daha bir ailə üzvünə isə ambulator yardım göstərilib. Sürücü xəsarət almayıb. Ardını oxu

Sərxoş sərnişin maşından yıxıldı

Sərxoş sərnişin maşından yıxıldı

Xəstəyə beyin ətrafının sınığı və burun sümüyünün qırığı diaqnozu qoyulub Dünən axşam saatlarında Göygöl rayonunda bədbəxt hadisə baş verib. Cars-az “Report”a istinadən xəbər verir ki, sərxoş rayon sakini hərəkətdə olan avtomobildən yerə yıxılıb. 1986-cı il təvəllüdlü İsayev Rövşən Əlican oğlu dostları ilə yeyib-içdikdən sonra yaşadığı ünvana dostuna məxsus avtomobil ilə yola düşüb. Lakin yolda ehtiyatsızlıqdan maşının qapısı açılıb və son dərəcə içkili olan sürücü yerə yıxılıb. Zərərçəkmiş dərhal yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə beyin ətrafının sınığı və burun sümüyünün qırığı diaqnozu qoyulub. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndiriblər. Hazırda Göygöl polisi hadisənin baş vermə səbəblərini araşdırır. Ardını oxu

Bayraq Günü də yağacaq

Bayraq Günü də yağacaq

Bakıda havanın temperaturunun gecə 6-9 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı gözləniIir Ardını oxu

DYP reydində bu da oldu: Sürücü qadını maşında qoyub qaçdı

DYP reydində bu da oldu: Sürücü qadını maşında qoyub qaçdı

Üzərində hər rəng olan bu "VAZ-2106"nın sürücüsü sərxoş olduğundan yol polisindən qaçmağa üstünlük verib Ardını oxu

Top