-
Polisin yanında qoşa xətti keçdi, qaldırıb səkiyə çırpdılar – Bakıda
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürüccü ağır qəzaya səbəb olub Ardını oxu
-
Maşınla hasar arasında qalaraq öldü
«Chaqman» markalı yük maşını qəfildən hərəkətə gəlib Ardını oxu
-
Evdən çətirsiz çıxmayın
Günortaya kimi güclü külək əsəcək Ardını oxu
-
Yol polisindən sərxoş sürücülərlə bağlı təsirli
Spirtli içki qəbul edərək sükan arxasına əyləşənləri bu aqibət gözləyir Ardını oxu
Çuxurlar, dağılmış asfalt və gölməçələr
Bir neçə günlük aramsız yağış Bakıda bəzi məhəlləarası yollarda vəziyyəti çətinləşdirib Çuxurlar, dağılmış asfalt və gölməçələr. İt hürməz, karvan keçməz yeri xatırlatsa da bu yoldan mütəmadi avtomobil və piyada keçir. Görüntülər paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsindəndir. Sakinlər xüsusən payız-qış mövsümündə küçədə vəziyyətin çətin olduğunu deyirlər. Çuxurlu və gölməçəli yoldan keçən avtomobillər də tez tez nasazlanır. Bənzər vəziyyət Nəsimi rayonu Seyid Vəzir Pişəvari küçəsində də yaşanır. Sakinlər dəfələrlə aidiatı qurumlara məlumat verdiklərini və onlara maddi dəstək verməyə də hazır olduqlarını deyirlər. 33 saylı mənzil-komunal istismar sahəsinin rəisi Hər iki küçənin probleminin yaxın günlərdə həll olunacağını və yolların asfaltlanacağını bildirib. Ardını oxu
Sahibsiz it yola çıxdı, maşın dərəyə yuvarlandı – Ölən var
Sürücü iti vurmamaq üçün avtomobili yoldan kənara çəkmək istəyib İsmayıllı-Qəbələ yolunun Girdmançay ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Cars-az-ın trend-ə istinadən məlumatına görə, sahibsiz itin yola çıxması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. İsmayıllı Rayon Yol Patrul Xidmətindən verilən məlumata əsasən, qəzaya səbəb qəfil yola çıxan it olub. Belə ki, "Mercedes" markalı, 99 DH 096 dövlət nömrə nişanlı avtomobili idarə edən Muradov Tural Ağamurad oğlu iti vurmamaq üçün avtomobili yoldan kənara çəkmək istəyib. Bu zaman idarəetməni itirib və nəticədə avtomobil dərəyə yuvarlanıb. Qəza nəticəsində sərnişin, Qəbələnin Vəndam qəsəbə sakini Niftəliyev Qəhrəman Dəniyel oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü, həmçinin sərnişinlər Cəbralıyev Habil və Talıbov Elman müxtəlif bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ardını oxu
Minik avtomobili TIR-a girdi: 2 nəfər yaralandı
Hadisə Türkiyədə baş verib İşıqforun qırmızı işığına məhəl qoymayan avtomobil sürücüsü TIR-ın altına girdi. Cars-az xəbər verir ki, qəza Türkiyənin Kozan-Adana avtomobil yolunda baş verib. Qəzada avtomobil sürücüsü və yanındakı adı məlum olunmayan 1 nəfər yaralanıb. Qəza anı təhlükəsizlik kameraları tərəfindən saniyə-bəsaniyə qeydə alınıb. Ardını oxu
DYP-nin "plyonka ovu" - 76 sürücü 150 manat cərimələndi
Noyabrın 15-dən etibarən avtomobillərdə pərdə və plyonkalardan istifa etmək rəsmən qadağandır Ardını oxu