Məqalələr

Bu sürücünün etdiyini təkrarlamayın

Bu sürücünün etdiyini təkrarlamayın

Xöşbəxtlikdən heç bir qəza baş verimir İndi sizə təqdim edəcəyimiz kadrlar daha çox sürət həvəskarlarının diqqətini çəkəcək. Cars-az xəbər verir ki, türkiyənin İstanbul şəhərində lentə alınan bu görüntülərdə bir sürücü avtomobilini sanki kompyuter oyunu oynayırmış kimi yüksək sürətlə və təhlükəli manevrlər edərək idarə edir. Xöşbəxtlikdən heç bir qəza baş verimir. Görüntüləri izləyin, baxıb təkrar etmək məsləhət deyil. Ardını oxu

“İstənilən yerdə radar quraşdırıla bilər” - Kamran Əliyev

“İstənilən yerdə radar quraşdırıla bilər” - Kamran Əliyev

"İşıq “plafon”unun altındakı işıq patronudur və qanunsuz radardan söz belə gedə bilməz" Yevlax-Gəncə yolundakı qanunsuz radarla bağlı xəbərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən münasibət bildirilib. Cars-az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlamasında İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “plafon”unun altındakının radar kamerası yox, işıq patronu olduğunu deyib. Rəisin sözlərinə görə, işıq “plafon”unun altındakı işıq patronudur və qanunsuz radardan söz belə gedə bilməz: “Birincisi, orada heç bir radar kamerası quraşdırılmayıb, videoda görünən sadəcə işıq patronudur. İkincisi də, əgər ərazidə maksimum sürət həddini müəyyənləşdirən, radarın fəaliyyət göstərməsini bildirən 6.14 yol nişanı varsa, istənilən yerdə radar quraşdırıla bilər. Bu gün yol polisində olan bütün radarlar: istər stasionar, istərsə də mobil radarlar mərkəzi informasiya sisteminə inteqrasiya olunub. Əgər hər hansı bir radar avtomobilin sürət həddini aşdığını qeydə alarsa, dərhal mərkəzi informasiya sisteminə göndərir. Yazıda göstərilən 3 km ərazidə boşluq olduğu üçün yol polislərinin qanunsuz radar yerləşdirməsi məsələsi tamamilə yanlışdır. Şəklə baxan hamı anlayar ki, orada kamera yox, işıq patronu var. İnspektor istəsə aşağıda da radarı yerləşdirər. Onun dirəyə çıxıb elektrik naqillərinin içərisinə kamera yerləşdirməsinə ehtiyac yoxdur”. Ardını oxu

Top