-
İlham Əliyevdən Türkiyəyə böyük yol jesti
Orta Asiyaya gedən türk yük maşınları Azərbaycandan keçəcək Ardını oxu
-
«28 May»da yola döşənmiş daşlar bu hala düşdü
Diqqətli olun; burada maşınlar çuxura və ziyana düşür Ardını oxu
-
Bakıda avtomobilin arxa şüşəsinə moniotor qoydular
Maraqlı da olsa, təhlükəlidir və qəza şəraiti yarada bilər Ardını oxu
-
Yol nişanları belə hazırlanır
Xüsusi texnikaların köməyi olsa da, ağır zəhmət tələb edilir Ardını oxu
Traktorun altına yıxıldı - hadisə yerində öldü
Oğuz rayon sakini idarə etdiyi traktoru yolun kənarındakı daş hasara vurub Oğuzda 34 yaşlı kişi traktorun təkəri altında düşərək ölüb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə noyabrın 28-də axşam saat 17:30 radələrində rayonun Calut kəndində baş verib. Oğuz rayon sakini idarə etdiyi “T-150” markalı dövlət nömrə nişanı olmayan traktorla kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirərək traktoru yolun kənarındakı daş hasara vurub. Bu zaman traktorun açıq qapısı yanında ayaq üstə dayanmış, Oğuz rayonu Bayan kənd sakini, 1981-ci il təvəllüdlü Dağlar Tahir oğlu Yusifov yıxılaraq traktorun təkəri altına düşüb. Nəticədə ağır bədən xəsarətləri alan D. Yusifov hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Ardını oxu
Bakıda külək ağacı avtomobilin üstünə aşırdı
Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib Bakıda güclü külək ağacı aşırıb. Lent.az-ın məlumatına görə, hadisə Tərlan Əliyarbəyov küçəsində baş verib. Həmin küçədəki 3 saylı binanın qarşısında irigövdəli ağac vətəndaşa məxsus "VAZ 2172" markalı 90 EE 204 dövlət nömrə nişanlı avtomobilin banına düşüb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Ardını oxu
Nardaranda meydan boşaldı, yollar təmizləndi – FOTO
Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər Noyabrın 29-da Nardaran qəsəbəsinin Hüseyniyyə Məscidində bir qrup qəsəbə sakini yaranmış vəziyyəti müzakirə edib. Nardaran sakini Natiq Kərimov bildirib ki, problem yalnız dinc yolla həll edilməlidir. O qeyd edib ki, hər cür qarşıdurmadan yayınmaq, hadisə zamanı dünyasını dəyişənləri dəfn edəndən sonra digər məsələləri də danışıqlar yolu ilə həll etmək lazımdır. N.Kərimov camaata meydanı boşaltmağı da təklif edib. Digər sakinlər də insanları meydanı boşaltmağa və evlərinə getməyə çağırıblar. Məscidə toplaşmış Nardaran sakinləri və insident zamanı həlak olanların yaxınları da fikirlərini bildiriblər. Sonda qəsəbənin mərkəzindəki İmam Hüseyn meydanının bu gün boşaldılması haqqında qərar verilib. Bununla da Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşalıb. Cars-az APA-ya istinadən xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb. Sakinlər öz evlərinə dağılışıblar. Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər. Ardını oxu
«07» sürücüsü onu saxlamaq istəyən yol polisini vurdu
Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Tovuz rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobili saxlamaq istəsə də, sürücü rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub. Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. Ardını oxu