-
Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı
Novruz bayramında 8 qeyri-iş günü olacaq Ardını oxu
-
84 reys təxirə salındı
Onların arasında İstanbul-Bakı marşrutu da var Ardını oxu
-
Köhnə maşının altından təxəsi çıxdı
Təzə maşını bəd nəzərdən, oğrulardan belə qorumaq olar Ardını oxu
Əflatun müəllim yanğınsöndürən balonla «apteçka»nın çarəsini tapdı
«Əflatun müəllimin maşınına yalnız belə apteçka yaraşar» Ardını oxu
Yol polisi azyaşlı oğlanı vurub öldürdü; günah öləndə oldu
«Prokurorluq əməkdaşları tərəfindən qanun pozuntusu hallarına yol verilməsi xüsusatları təsdiqini tapmayıb» Ardını oxu
Xınalıq yolu 5 gündür bağlıdır
Qar səbəbindən 30-dan artıq kənd ilə nəqliyyat əlaqəsi kəsilib Bir neçə gün əvvəl yağan güclü qarın fəsadları Qubada hələ də davam edir. Qar rayondakı bütün yollarda, o cümlədən Quba-Xınalıq yolunda ciddi problemlər yaradıb. 5 gündür Xınalığa gedən yol bağlıdır. Hazırda həmin istiqamətdə texnikalar işləsə də, qar uçqunları səbəbindən yolu təmizləmək mümkün olmayıb. Güclü qar Quba avtovaqzalının da işində çətinlik yaradıb. 30-dan artıq kəndlə, eləcə də Xudat şəhəri ilə marşurut əlaqəsi kəsilib. Quba Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, ən çox qar Xınalıq və Ləzə kəndlərinə yağıb. Bu kəndlərdə qarın qalınlığı 70 sm olub. Ardını oxu
Təyyarənin qapısı açıq qaldı - geri döndü
Göyərtədə olan 163 sərnişin başqa təyyarəyə yerləşdirilib Cənubi Koreyanın Jin Air kompaniyasının səmada olan təyyarəsi açıq qalan qapıya görə Sebu aeraportuna qayıtmalı olub. Hadisə Sebu (Filippin)-Pusan (Cənubi Koreya) marşrutu üzrə hərəkət edən təyyarədə qeydə alınıb. Uçuşdan sonra ön qapıda güclü səs eşidilməyə başlanılıb. Eyni zamanda kabinədə təzyiq sürətlə aşağı düşüb. Yarım saatdan sonra laynerin komandiri geri qayıtmaq barədə qərar verir. Göyərtədə olan 163 sərnişin başqa təyyarəyə yerləşdirilirlər. Təyyarədə olan sərnişinlərin çoxu güclü baş ağrısından şikayət edib. İlkin məlumatlara görə, təyyarənin qapısı lazımi qaydada bağlanmayıbmış. "Səs ehtimal ki, sona qədər bağlanmayan qapının açıq qalan hissəsindən gəlirmiş. Göstəricilər təzyiqin kəskin şəkildə aşağı düşdüyünü göstərdiyindən biz geri qayıtmaq məcburiyyətində qaldıq", deyə avikompaniyanın nümayəndəsi bildirib. Sərnişinlər də açıq qalmış qapı versiyasını təsdiqləyiblər. Müştərilərdən biri bildirib ki, qapı barmaq enində açıq qalmışdı. O həmçinin bir çoxlarının başının ağradığını, uşaqların da ağladığını bildirib. Hadisə ilə əlaqədar istintaqa başlanılıb. Ardını oxu