Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Məqalələr

Məqalələr

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti bərpa olunub

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti bərpa olunub

Əhməd Cəmil küçəsində 8 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib Ardını oxu

Əhali kreditdə olan avtomobili kütləvi şəkildə banka geri qaytarır

Əhali kreditdə olan avtomobili kütləvi şəkildə banka geri qaytarır

"10 minlik maşını kreditlə 20-25 minə niyə almalıyam?" "Yanvar ayında kreditlə maşın almışdım. Kreditləşmə dollarla aparıldığı üçün o dövrə olan məzənnə (0,78 AZN) ilə ödəniş edirdim. Ancaq dolların kəskin bahalaşması nəticəsində bu gün mənim kreditim azı 100% faiz bahalaşıb. Faktiki olaraq indi avtomobilin kreditini ödəyə bilmirəm. Bundan başqa, kredit faizləri də bir yandan ümumi kreditə əlavə olunub". Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Samir Məmmədov söyləyib. Onun sözlərinə görə, krediti ödəmək artıq müşkülə çevrilib. Samir deyir ki, banka müraciət edib və ərizə yazıb ki, kredit ödənişindən imtina edir:  Qoy bank o maşını götürüb krediti bağlasın. Onsuzda avtomobillərin qiyməti uçuzlaşır. Banka 2 qat qiymətinə kredit ödəyənə kimi gedib ucuz qiymətə bazardan avtomobil alaram. Mənim bundan başqa çıxış yolum yoxdur". Hazırda paytaxtda Samirlə eyni fikirdə olanların sayı az deyil. BAKU.WS-in banklardan əldə etdiyi məlumata görə, vətəndaşlar xüsusilə avtomobil kreditlərindən imtina edir. Girovda olan avtomobilindən və ya əmlakından imtina edən vətəndaş kredit ödənişindən yaxa qurtarmağa çalışır. Lizinqlə satılan avtomobillərlə bağlı vəziyyət isə daha acınacaqlıdır. Çünki bu cür kreditlər daha uzun müddətə verilir və faizlər üst-üstə gəldikdə kredit xeyli baha başa gəlir. Bununla yanaşı, kredit ödənişi müddətində dolların bahalaşmasının davam etməsi ehtimalları da kreditlərdən imtinaya zəmin yaradır. Bu prosesin kütləvi hal alacağı halda avtomobil bazarında qiymətlərin bir az da ucuzlaşacağını güman etmək olar. Çünki banklar vətəndaşdan geri aldığı avtomobili əlindən çıxara bilmək üçün ucuz qiymətə satmağa çalışır. Nəticə etibari ilə bazarda ucuz avtomobil təklifi artır. Bəzi banklar ödənişlərdə müəyyən güzəştlər etməyə çalışır. Ödəniş müddəti artırılır, kreditin faizlərinə cuzi güzəştlər edilir və s. Ancaq dolların günü-gündən bahalaşması əhalinin banka girov kimi qoyduğu əmlakından və ya avtomobilindən imtina etməsi prosesisini sürətləndirir. Ardını oxu

Top