-
"QAZ 31" "06"nı vurdu
Bazara heyvan aparan “VAZ 2106” qəzaya düşdü Tovuzda satmağa heyvan aparan avtomobil qəzaya uğrayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Asif Əhmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə magistral yoldan mal bazarına dönmək istəyərkən “QAZ 3110” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü ağır bədən xəsarəti alaraq əvvəlcə Tovuz Mərkəzi rayon xəstəxanasına, daha sonra isə Qazax Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, A. Əhmədov avtomobili ilə mal bazarına satmağa heyvan aparırmış. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Ardını oxu
-
Gəncədə yol qəzasında 3 nəfər yaralandı
Naməlum avtomobil hərəkətdə olan “QAZel”ə çırpılıb Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hələlik markası və sürücüsü məlum olmayan avtomobil yol ilə hərəkətdə olan “QAZel”ə çırpılıb və hadisə yerindən uzaqlaşıb. Qəza zamanı “QAZel”də olan 3 nəfər - 24 yaşlı Əziz Həsənov, 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Gəncə şəhər Baş Polis İdarəsində qəzanı törədən avtomobilin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Ardını oxu
-
Bakının bağlanan yollarının açılacağı vaxt məlum oldu
Təmir işləri sabah axşam qədər yekunlaşdırılacaq Ardını oxu
-
Bir gündə 4 yol qəzası: 2 ölü, 9 yaralı
Fevralın 12-də baş vermiş yol qəzaları Ardını oxu
Gömrük Komitəsinin əməkdaşı qəzaya düşdü
Qəza nəticəsində DGK-ya məxsus avtomobil ciddi ziyan dəyib Ardını oxu
Bakıda səfirliyin maşını qəzaya düşdü
Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb Ardını oxu
Sevgililər gününün hava proqnozu
Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Сars-az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Ardını oxu
Deputatlar velosiped sürdü - FOTOLAR
“Təmiz şəhər naminə hərəkətdə ol!” adlı veloyürüş keçirilib Ardını oxu