Məqalələr

  • "Nissan" robotlaşdırılmış ofis kresloları yaratdı

    Mühəndislər adi ofis kreslolarını otaqda sərbəst hərəkət edə bilən robotlara çeviriblər Məşhur avtomobil istehsalçısı “Nissan” şirkəti "YouTube” videohostinqində qeyri-adi robotlaşdırılmış texnikanın işini nümayiş etdirən videoçarx yerləşdirib. Belə ki, şirkət mühəndisləri adi ofis kreslolarını otaqda sərbəst hərəkət edə bilən robotlara çeviriblər. Kresloların standart təkərləri əl çalmaqla aktivləşən xüsusi elektron bloklarla əvəzlənib. Eksperimentin mahiyyəti yeni avtopilot parklama sisteminin nümayişindən ibarətdir. Bildirilir ki, kreslolar quraşdırılmış “Wi-Fi” modulu vasitəsilə kompyuterdən komandalar alır. Öz növbəsində kompyuter otağın divarlarında quraşdırılan kənar kameralardan daxil olan təsvirlərə əsaslanır. Beləliklə, sistem başqa istehsalçıların bilavasitə nəqliyyat vasitəsinə quraşdırdıqları xüsusi sensorlar olmadan da işləyə bilir. Keyfiyyətli sürücüsüz parklama üçün adi videomüşahidədən də istifadə mümkündür. Ardını oxu

  • Krediti ödəməyənin cəzası nədir?

    Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər Banklardan kredit götürmüş şəxslərdən bir çoxu son dövrlər borcunu ödəməkdən yayınır. Xüsusilə girovu və zamini olmayanlar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ancaq qanun bütün hallarda borcun ödənilməsini təmin edir. Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər. Bank kredit borcunu ödəməyən şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir. Məhkəmədə qəbul edilən qətmanə 1 ay müddətində  icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır.  Şəxsin hər hansı bir əmlakı ortaya çıxarsa, həmin əmlak üzərinə həbs qoyulur və satılır. Əgər əmlak yoxdursa, borc əməkhaqqı, pensiya, təqaüd və sair gəlirlərdən çıxılır. İcra haqqında qanuna əsasən hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir. Hətta şəxsin heç bir yerdən gəliri yoxdursa belə, o, məsuliyyətdən yayına bilməz. Ardını oxu

  • 200 min tona yaxın dizel yanacağı istehsal olunub

    Yanvarın statistikası açıqlandı Yanvarda Azərbaycanda 198,7 min ton dizel yanacağı, 100,2 min ton avtomobil benzini, 14,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 59,6 min ton ağ neft, 97,7 min ton yanacaq mazutu, 0,8 min ton sürtgü yağları, 10,7 min ton neft bitumu və 7,2 min ton neft koksu istehsal edilib. Сars-az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, keçən ay neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 178,7 milyon manat olmaqla 2015-ci ilin yanvar ayı ilə müqayisədə 3,3 faiz azalıb. Ardını oxu

  • Təyyarədə sosial media icazəsi

    Hollandiyada yerləşən KLM Hava yolları bununla bağlı aksiyaya başlayıb Hər gün həyatımızın bir hissəsinə çevrilmiş sosial media uçuş saatlarında da əlçatan olacaq. Publika.az xəbər verir ki, Hollandiyada yerləşən KLM Hava yolları bununla bağlı aksiyaya başlayıb. Sərnişinlər qeydiyyat zamanı “Facebook” və “Linkend” profillərini aça bilərlər. Bununla da sərnişinlər səfər zamanı özlərinə yeni dostlar qazana biləcəklər. Bu yenilik hazırda ancaq Amsterdam uçuşlarında istifadə edilə bilər. Sərnişinlər sosial şəbəkəni qeydiyyat zamanı və uçuşa bir saat qalmış aktiv edə biləcəklər. Ardını oxu

Dəniz Akademiyasının diplomu 163 ölkədə tanınır

Dəniz Akademiyasının diplomu 163 ölkədə tanınır

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri böyük güzəştlərdən istifadə edirlər Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomu 163 ölkədə tanınır. Bu barədə akademiyanın rektoru Çingiz Əliyev Azərtac-a deyib. Akademiyanın fəaliyyətindən danışan rektor bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri böyük güzəştlərdən istifadə edirlər. Bu təhsil ocağında tələbələr üçün hər cür şərait yaradılıb. Tələbələr burada dərs günləri ərzində iki dəfə pulsuz yeməklə, pulsuz uniforma, metodik dərs vəsaitləri ilə təmin olunur, həmçinin akademiyanın tələbə və şagirdləri üçün ödənişsiz ingilis və rus dillərində kurslar keçirilir. Regionlardan gələn tələbələr Azərbaycan Dövlət Dəniz Akademiyasının yeni təmirdən çıxmış yataqxanalarından heç bir ödəniş etmədən yararlana bilirlər. O, həmçinin bildirib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbüsü ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında bakalavr səviyyəsində təhsil alan bir tələbə Gəmiçilik hesabına İsveçrədə magistr təhsili alacaq. 12 əlaçı tələbə isə Qara dənizdə Sankt-Peterburq Dəniz və Çay Donanması Universitetinə məxsus tədris gəmisində təcrübə keçəcək. Ardını oxu

Dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatı WEC, LMP1 sinfi

Dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatı WEC, LMP1 sinfi

Dünya çempionatının qalibi üçün dördsilindrli turbinli güc aqreqatı: innovasiyalar və gələcəyin seriya texnologiaları Ardını oxu

Bakı-Quba avtomobil yolunda 14500 ağac əkildi

Bakı-Quba avtomobil yolunda 14500 ağac əkildi

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür Ardını oxu

Top