-
Daxili İşlər Nazirliyinin qarşısında yol polisini döydülər
Kobudluqla üzləşən yol polisi Elnur Mahmudov 9-cu Polis Bölməsinə şikayət edib Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib. Cars-az-ın lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib. E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən “BMW X5” markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb. Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib. Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onun kəmərindən tutaraq itələyib və yerə yıxıb. Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur. Faktla bağlı araşdırmalar davam etdirilir. Ardını oxu
-
Bakıda sürücüdən polisə unikal etiraz
Evakuasiya zamanı polislə sürücü arasında insident yaşanıb Bu gün axşam saatlarında paytaxtın “20 Yanvar” dairəsində maraqlı hadisə baş verib. Polis evokuator xidməti vasitəsilə “QazEL” markalı 50 CK185 dövlət nömrə nişanlı avtomobili cərimə meydançasına aparmaq istəyərkən xidmət əməkdaşları və polislə sürücü arasında narazılıq yaşanıb. Belə ki, saxlama qaydasını pozan sürücü avtomobilini aparmaq istəyən polisə özünəməxsus formada etiraz edib. O, bir neçə dəfə xidmət əməkdaşlarından avomobilini aparmamağı xahiş etsə də, ona məhəl qoyulmayıb. Maşınının evakuatora yükləndiyini görən sürücü evakuatorun altına uzanıb. Vəziyyəti belə görən polis, eləcə də xidmət əməkdaşları “QazEL”i cərimə meydançasına aparmaq fikrindən vaz keçiblər. (aznews.az) Ardını oxu
-
Benzinin qiyməti ilə bağlı sürücülərə şad xəbər
Vüqar Bayramov: “Avropada benzinin ucuzlaşması Azərbaycanda da benzinin qiymətinə təsir edəcək” Ardını oxu
-
Pərdəli avtomobil sürən 300 sürücü cərimələndi
Vaqif Əsədov: «Buna yol vermək olmaz» Ardını oxu
Azərbaycanlı «avtoş»lar Rusiyada görün nələr etdilər
Özlərini hansısa yarışın qalibi kimi hiss edib Azərbaycan bayrağı da qaldırıblar Ardını oxu
Kürdəmirdə sürücü sürücünü vurdu
Kürdəmirdə yük avtomobili yolu keçmək istəyən sürücü-piyadanı xəstəxanalıq edib Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Gürcüstan vətəndaşı Bejan Misavişlinin idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən özünə məxsus minik avtomobilini yolun kənarında saxlayaraq qarşı tərəfə keçmək istəyən piyada sürücünü, Mingəçevirdə məskunlaşan Ağdam sakini Firdovsi Adıgözəlovu vurub. Yaralı təcili olaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkimlər onun həyatını xilas edib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Ardını oxu
Ronaldonun yeni luks avtomobili başına bəla oldu
Futbolçu son məşqə yeni “Rolls Roys” markalı avtomobillə gedib Ardını oxu
Yol polisinin maşınına qadın mindi, kişi çıxdı
Üzdəniraq transvist yol polisini çətin duruma saldı Ardını oxu