04.11.2015
Gündəm
Bakıda sürücüdən polisə unikal etiraz
Bu gün axşam saatlarında paytaxtın “20 Yanvar” dairəsində maraqlı hadisə baş verib. Polis evokuator xidməti vasitəsilə “QazEL” markalı 50 CK185 dövlət nömrə nişanlı avtomobili cərimə meydançasına aparmaq istəyərkən xidmət əməkdaşları və polislə sürücü arasında narazılıq yaşanıb. Belə ki, saxlama qaydasını pozan sürücü avtomobilini aparmaq istəyən polisə özünəməxsus formada etiraz edib. O, bir neçə dəfə xidmət əməkdaşlarından avomobilini aparmamağı xahiş etsə də, ona məhəl qoyulmayıb. Maşınının evakuatora yükləndiyini görən sürücü evakuatorun altına uzanıb. Vəziyyəti belə görən polis, eləcə də xidmət əməkdaşları “QazEL”i cərimə meydançasına aparmaq fikrindən vaz keçiblər. (aznews.az)