Məqalələr

  • Bakının bəzi yolları tıxandı

    NİİM məlumat yaydı Paytaxın bir sıra yollarında tıxac yaranıb. Сars-az xəbər verir ki, bu barədə NİİM-dən  verilən məlumata görə, hazırda Tbilisi və Azadlıq prospektlərində, eləcə də Akademik Həsən Əliyev küçəsində, ara-sıra isə Nəsibbəy Yusifbəyli və General Səmədbəy Mehmandarov küçələrində nəqliyyatın sıxlığı müşahidə olunur. Adıçəkilən istiqamətlərdə hərəkət edən avtomobil sürücülərindən bunu nəzərə almaları xahiş edilir. Ardını oxu

  • Metroda atışma

    Hadisə ilə əlaqədar istintaq işi başladılıb Vaşinqtonda metroda atışma baş verib və nəticədə bir nəfər xəsarət alıb. Musavat.com xəbər verir ki, bu haqda məlumatı paytaxtın nəqliyyat polisi bildirib. Polis öz twitter hesabından xəbər yayıb ki, hadisə "Anakostiya" metrostansiyasında baş verib və yaşlı bir kişi yaralanıb. Baş verən hadisə ilə əlaqədar vaqonların hərəkətində kiçik gecikmə olub. Daha sonra hərəkət normallaşıb. Hadisə ilə əlaqədar istintaq işi başladılıb. Ardını oxu

  • DYP-dən qadın sürücünün maşınla birgə evakuasiya edilməsinə münasibət

    Kamran Əliyev: «Yol polisi əməkdaşları qadını maşından dühürmək üçün kifayət qədər səy göstəriblər» Ardını oxu

Oğuzda şagirdi maşın vurub

Oğuzda şagirdi maşın vurub

"BMV" markalı avtomobil yolu keçmək istəyən piyadanı xəstəxanalıq edib Ardını oxu

Avtomobilinin yanacaq sərfiyyatını 2 dəfə azaltdılar

Avtomobilinin yanacaq sərfiyyatını 2 dəfə azaltdılar

Saatda 160 kilometr olan bu göstərici dəyişiklikdən sonra 130-a düşüb. Ucar sakini 60 yaşlı İqbal Bağırov şəxsi avtomobilinə əl gəzdirərək yanacaq sərfiyyatını 2 dəfə azaldıb. O, buna 1982-ci ildən istifadə etdiyi "VAZ-21011" markalı avtomobilinin konstruksiyasında və mühərrikində etdiyi dəyişikliklər nəticəsində nail olub. Əvvəllər 100 kilometrdə 7-8 litr benzin sərf edən “VAZ-21011” indi 3,7 litr istifadə edir. Mühərrikdə dəyişiklik avtomobilin heç bir hissəsinə əks təsir göstərməyib. Sadəcə maksimum sürəti aşağı düşüb. Əslində saatda 160 kilometr olan bu göstərici dəyişiklikdən sonra 130-a düşüb. Orta məktəbi əla qiymətlərlə bitirən İqbal Bağırov ilk dəyişikliyi atasının avtomobilində edib. Hazırdakı maşınına əlavə funksiyalar da quraşdırıb. Ardını oxu

Sığortasız maşınlar radara düşəcək - YENİ QAYDA

Sığortasız maşınlar radara düşəcək - YENİ QAYDA

Radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq Sürücünün mülki məsuliyyətinin icbari sığortasının olub-olmamasına nəzarət gücləndirilir. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydalar martın 1-dən tətbiq ediləcək. Сars-az xəbər verir ki, hazırkı qaydalara görə, icbari sığortanın mövcudluğunun əsasən bir üsulla müəyyən etmək olur. Martın 1-dən etibarən isə avtomobillərin icbari sığortasının mövcudluğu həm də texniki vasitələrin köməyi ilə  müəyyən ediləcək. Bu sistemin işə düşməsi üçün icbari sığortalar bürosunun elektron sistemi ilə yol polisinin məlumat sistemi bir-biri ilə əlaqələndirilməlidir. Hazırkı qaydalara görə, icbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə  300 manat cərimə edilir. Ekspertlər hesab edir ki, bu qayda sürücülərin məsulyyətini və buna uyğun olaraq icbari sığortalanan avtomobillərin sayını artıracaq. Bu isə qəza hadisələrindən sonra sığortanın yoxluğu ucbatından dəymiş ziyanın ödənilməsində yaşana biləcək problemləri minimuma endirə bilər. Ardını oxu

Top