17.11.2015
Yol polisi
Yol polisindən prinsipial hərəkət - Deputata cərimə yazdı
Bakıda yol polisi millət vəkilini maşından salıb. Maraqlı olay iki gün əvvəl şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində baş verib. Cars-az criminal.az-a istinadən xəbər verir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rəfael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.