20.12.2015
Yol polisi
Yol polisi sürücü ilə əlbəyaxa davaya çıxdı
Ötən gün günorta saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində dövlət yol polisi əməkdaşı ilə onun «saxla» əmrinə tabe olmayan sürücü arasında əlbəyaxa dava olub. Həmin vaxt ərazidən keçən moderator.az-ın əməkdaşı davanı mobil telefonun yaddaşına köçürə bilməsə də, həmin DYP avtomobilini və saxlanılan avtomobilin görüntülərini qeydə ala bilib.
Qəzəbli polislərlə insident yaşanmasın deyə daha yaxına getməkdən çəkinən əməkdaşımız bildirir ki, hadisə yerində bir neçə yerdə müşahidə kamerası var və olayı araşdırmaq istəyən olsa oradakı görüntülərdən baş verənləri izləyə bilərlər...