Vaqif Əsədov və bayker qarşıdurması – Olmayıb – FOTO

Vaqif Əsədov və bayker qarşıdurması – Olmayıb – FOTO

Vaqif Əsədov və bayker qarşıdurması – Olmayıb – FOTO

Sosial şəbəkələrdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bayker arasında söhbət zamanı çəkilmiş foto yayılıb və iddia olunur ki, onlar mübahisə ediblər. Guya, bayker mübahisə zamanı Vaqif Əsədova haqlı olduğunu sübut edib və qalmaqal yaranıb. Lakin məsələyə aydınlıq gətirmək üçün bildiririk ki, belə bir mübahisə baş verməyib və heç kim-heç kimi "bağlamayıb". Сars-az-ın əməkdaşları da həmin vaxt orada olub və "Forsaj" klubunun yeni mağazasının və avtomobillərinin təqdimatı zamanı baykerlər Vaqif Əsədova yaxınlaşaraq üzləşdikləri problemdən danışıblar. Bildiriblər ki, onlar müxtəlif xarici ölkələrə gedirlər, lakin heç vaxt yol polisi tərəfindən saxlanılmırlar. Elə ki, Azərbaycana daxil olurlar, o saat yol polisi saxlayır və motosikletləri cərimə meydançasına aparır. Vaqif Əsədov da onların diqqətinə çatdırıb ki, yol polisi qanunun tələbini yerinə yetirir. Qanun isə əcaib səs çıxaran nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda hərəkətini qadağan edir.

Bu səpkidə aparılan dialoqun sonunda Vaqif Əsədov bir daha bildirib ki, əgər kimliyindən asılı olmayaraq kimsə qanunun tələbini pozacaqsa, yol polisi bunun qarşısını alacaq.

Baykerlər isə bildiriblər ki, onlar gecə saat 11-dən sonra şəhərə çıxmırlar. Amma onlara imkan verilsin ki, həmin vaxta qədər şəhərdə normal hərəkət edə bilsinlər. Vaqif Əsədov isə bu məsələnin onun səlahiyyətində olmadığını, qanunun tələbini icra etdiklərini bir daha diqqətə çatdırandan sonra söhbətə son qoyulub və tədbir davam edib.

Vaqif Əsədov yayılmış fotolarla bağlı Сars-az-a bildirib ki, baykerlərlə hər hansı mübahisə baş verməyib: "Onlar öz fikirlərini dedilər, mən də dinlədim və qanunvericiliyin tələbini diqqətə çatdırdım. Çox səmimi söhbətimiz oldu. Baykerlər bizə düşmən deyil ki. Sadəcə, qunana əməl etmək lazımdır".

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top