04.11.2015
Yol polisi
Qadın yol polisi kişiləri şoka saldı
Nyu-Yorkda baş verən bu hadisə hər kəsi təəccübləndirib. Cars-az xarici KİV-nə istinadən xəbər verir ki, 28 yaşlı xanım polis Cenni xidmətdə olarkən bir taksi sürücüsü maşını qanun-qaydaların əksinə park edir. Xanım polis sürücüsü belə etməməsini deyir. Sürücü polisin xanım olduğunu görüb cəsarətlənir və Cenni ilə kobud danışır. Cenni isə ədəbsiz sürücünü özünəməxsus şəkildə cazalandırır. O maşının ön tərəfini göyə qaldırır və onu bir müddət havada saxlayır. Qadının gücündən şoka düşən ədəbsiz sürücü maşını yerə qoyması üçün Cenniyə yalvarır.
Fidan