Polis rəisi işıq idarəsində işə düzəldi

Polis rəisi işıq idarəsində işə düzəldi

Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova yeni vəzifə verilib. Ə.Bədəlov Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. «Azərişıq»-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev xəbəri Lent.az-a təsdiqləyib.

Qeyd edək ki, Ə.Bədəlovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı xəbəri azadliq.info saytı yayıb.

Dostlarınla paylaş


Şərhlər


Top