Polis mayoru avtomobil qəzasında öldü

Polis mayoru avtomobil qəzasında öldü

Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb. Cars-az-ın “report”a istinadən xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top