Məhkəmə Ramil Usubovun iddiasını təmin etdi

Məhkəmə Ramil Usubovun iddiasını təmin etdi

Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyev barəsində bu gün məhkəmə hökmü çıxarılıb. Cars-az xəbər verir ki, məhkəmə Eldəniz Quliyevin 480 saat ictimai işlərə cəlb olunmaqla, 1000 manat cərimə edilməsi haqda qərar verib. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvəndə saxlanılıb.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top