04.11.2015
Yol polisi
DYP postunda «hallı» sürücü tutuldu - İsmayıllıda
Yol polisinin saxladığı avtomobildən narkotik vasitə tapılıb. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 5-də Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün BDYPİ YPXA-nın İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb. Bu zaman avtomobildəki 2 sərnişin avtomobildən düşərək qaçıb. Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı RPŞ-yə təhvil verilib.
Elmin