Bakıda yol polisi zabitini maşın vurub

Bakıda yol polisi zabitini maşın vurub

Bakıda yol polisini maşın vurub. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, hadisə Neftçilər prospektində baş verib. Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Abasquliyev Samir Əlaslan oğlu "Mercedes" markalı avtomobillə Baş Polis İdarəsi Yol Patrul Xidmətinin baş inspektoru, polis kapitanı İsmayılov Elçin Nazir oğlunu vurub. Xəsarət almış polis zabiti Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top