Bakıda yol işarəsini dəyişdilər, xalq artisti qayda pozdu

Bakıda yol işarəsini dəyişdilər, xalq artisti qayda pozdu

Bakıda yol işarəsini dəyişdilər, xalq artisti qayda pozdu

«Bu yaxınlarda yolun səhv döndüm, bir yol patrul xidməti əməkdaşı gəldi və «gərək gözləyərdiniz» dedi. İşarəni dəyişmişdilər, əvvəl başqa cür idi. Dedim, məni tanımadınız? Cavab verdi ki, xeyr». Bunu Cars-az saytına açıqlamasında tanınmış aktyor, xalq artisti Cəfər Namiq Kamal deyib. Yol hərəkəti qaydalarına riayət etdiyini deyən aktyor bildirib ki, budəfəki qayda pozuntusu bilməməzlikdən baş verib: «O biri patrulun yanına getdim və o məni tanıdı. Bildirdim ki, işarəni əvvəl başqa cür qoymuşdunuz. Dedi ki, düzdür, əvvəl başqa cür idi. Sağ olsunlar, çox dərinə getmədilər. Elə bir dəhşətli qayda pozuntusu da etməmişdim, işarələr dəyişdirdiklərinə görə yolu keçmişdim».

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top