04.11.2015
Yol polisi
Bakıda motosiklet sürməyə qadağa qoyuldu
Dünəndən etibarən Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində motosikletlərin hərəkətinə qadağa qoyulub. Cars-az-ın məlumatına görə, «Azneft» daiəsindən sağa – Bayıl istiqamətinə dönəndə, daha sonra isə köhnə «İnturist»in qarşısında motosikletin hərəkətini qadağan edən yol nişanları qoyulub. Bundan əlavə, həmin yolun əks tərəfində – Əl Oyunları İdman Sarayının qarşısında da «Azneft» istiqamətinə motosikletlərin hərəkətini qadağan edən yol nişanı var. Bu o deməkdir ki, Neftçilər prospektində motosikletlərin hərəkəti tam qadağan edilir. Bu nişanların tələbini pozan motosiklet sürücülərini 40 manat cərimə gözləyir.
Elməddin