04.11.2015
Yol polisi
8 Mart gecəsi 3 sərxoş qadın sürücü tutuldu
Bakıda 8 Mart Beynəlxalq Qadınlar Günündə Dövlət Yol Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 3 qadın sürücü sərxoş vəziyyətdə saxlanılıb. Cars-az-ın məlumatına görə, həmin qadınlar Bakı şəhər DYPİ-nin 11-ci tağımının əməkdaşları tərəfindən səhərə yaxın aşkar ediliblər. Saxlanılarkən xanım sürücülərdən biri polisə müqavimət göstərsə də, onun barəsində müvafiq tədbirlər görülüb.
11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev Cars-az-a bildirib ki, ümumilikdə martın 6-dan 8-dək Bakıda 11-ci tağımın əməkdaşları tərəfindən 59 sərxoş sürücü aşkarlanıb. Onlardan 7 nəfəri qadın sürücü olub. Təkcə 8 Mart günü tutulan 29 sərxoş sürücüdən 3-ü xanımdır.
Elməddin