04.11.2015
Yeniliklər
Ziya Məmmədov yeni rəis təyin etdi
Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. Cars-az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edilib. Nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Yeni təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov olub.
Emin