08.01.2016
Yeniliklər
Yollarda dəmir arakəsmələr sökülür
“Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı hissədən “Ekologiya postu” deyilən əraziyə qədər yol ayrıcında olan dəmir arakəsmələr beton plitələrlə əvəzlənir”. Bunu "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, “Ekologiya postu”ndan başlayaraq Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissədə yol kənarlarında olan dəmir arakəsmələr bəzi hissələrdə sökülüb. O, qeyd edib ki, dəmir arakəsmələr sərt döngələr və ağacların yola yaxın olduğu yerlərdə saxlanılıb.
Fidan