04.11.2015
Yeniliklər
Sürücülərin nəzərinə: daha bir yol bağlanır
Bakıda daha bir küçə təmirə bağlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakının iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burda nəqliyyat vasitələrinin hərəkəti bu gündən məhdudlaşdırılıb.
Təmir işləri başa çatanadək sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.