Sürücüləri və piyadaları sevindirəcək qanun qüvvəyə mindi

Sürücüləri və piyadaları sevindirəcək qanun qüvvəyə mindi

Sürücüləri və piyadaları sevindirəcək qanun qüvvəyə mindi

Yol hərəkəti qaydalarını pozuntularına görə tətbiq edilmiş cərimələrin ödənişini gecikdirmiş sürücüləri sevindirəcək qanun Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 12-də imzaladığı sərəncamla qüvvəyə minib. avtosfer.az saytının verdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra cərimənin ödənilməsi gecikdirildikdə onun üzərinə əvvəlki kimi 3 yox, 2 ay faiz gələcək. Yəni gecikən cərimə 180 % yox, 120% arta biləcək. Ən maraqlısı budur ki, bu düzəlişin geriyə qüvvəsi də var. Yəni kiminsə cəriməsinə artıq 180% əlavə olunubsa, bunun yalnız 120%-i alına bilər, 60%-i silinməlidir. Sürücü dostlar, həmin düzəlişin qalan yeniliklərini bazar ertəsi diqqətinizə çatdırmağa çalışacağıq, avtosfer.az-ı izləməyə davam edin.

avtosfer.az

Dostlarınla paylaş


Şərhlər


Top