04.11.2015
Yeniliklər
Sürücülər üçün unikal yenilik
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülər üçün unikal xidmət təqdim edib. Cars-az-ın NİİM-ə istinadla verdiyiməlumata görə, Android və İOS əməliyyat sistemləri üçün "Baku İTS" proqram təminatı mövcuddur. Bu proqram təminatını mobil telefonunuza yükləməklə Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat axınının real vəziyyəti, avtobus marşrutları haqqında məlumatları əldə etmək mümkündür. Məlumatlar hər dəqiqə yenilənir. Eyni məlumatları www.niim.az saytı vasitəsilə də əldə etmək mümkündür.
Fidan