Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb

Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb

Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb

Bu gündən etibarən Rusiyanın Surqut şəhərindən Lənkərana açılması planlaşdırılan aviareys təxirə salınıb. Cars-az xəbər verir ki, Lənkəran Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, uçuş rəsmən açıqlanmayan səbəbə görə qarşı tərəf - “UTair” aviaşirkəti tərəfindən təxirə salınıb. Reysin nə zaman açılacağı da bildirilmir.

Qeyd edək ki, Rusiyanın “UTair” aviaşirkəti bu reysi “Boeing 737” təyyarəsi ilə həyata keçirmək niyyətindədir.

Dostlarınla paylaş


Şərhlər


Top