24.12.2015
Yeniliklər
Sükan arxasında mesaj yaza bilərsiniz – Ancaq bu yerlərdə
Cars-az xəbər verir ki, ABŞ-da diqqətsiz avtomobil idarə etmək hər gün 9 nəfərin həyatına son qoyur. Bununla mübarizə aparmaq üçün bir çox ştatlar avtomobil sürərkən mesaj yazmağı qadağan edib. Lakin dörd ştatda - Arizona, Montana, Texas və Missuri - hələ də müəyyən məhdudiyyətlərlə avtomobil idarə edən zaman mesaj yazmaq olar. Misal üçün, Texasda 18 yaşdan aşağı olanlara, avtobus sürücülərinə və ya məktəb ərazisində sükan arxasında olarkən mesaj yazmaq olmaz. Missuridə isə 21 yaşdan aşağı olanların sükan arxasında mesaj yazması qeyri-qanunidir.