Sığortaçılara yeni tələb

Sığortaçılara yeni tələb

Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasının satış lisenziyası olan Azərbaycan İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri "Yaşıl kart" - Beynəlxalq Sığorta Sisteminə qoşulmalıdır. Cars-az trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib. Onun sözlərinə görə, əks halda, sığorta şirkətləri Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasının satış lisenziyasından məhrum ediləcək.

Dostlarınla paylaş


Şərhlər


Top