Sərnişin və yük daşıma qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək

Sərnişin və yük daşıma qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək

Sərnişin və yük daşıma qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik respublika ərazisində yük və sərnişin daşıma ilə bağlıdır. Nazirlər Kabineti respublika ərazisində yük və sərnişin daşıma ilə bağlı qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərin siyahısından çıxarıb.

Qeyd edək ki, bu dəyişiklik şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma qiymətlərini əhatə etmir. Şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma qiymətləri yenə də dövlət tərəfindən tənzimlənəcək.

Dostlarınla paylaş


Şərhlər


Top