Nərimanovda bir neçə küçə təmir olunur

Nərimanovda bir neçə küçə təmir olunur

Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir. Cars-az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata əsasən, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb. İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top