03.03.2016
Yeniliklər
Nardarana müşahidə kameraları quraşdırıldı
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində və ətrafında 15 nöqtədə 45 videomüşahidə kamerası quraşdırılıb. Сars-az report-a istinadən bildirir ki, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Qəsəbə ərazisində 3 nöqtədə nömrətanıma sistemi olmaqla, ümumilikdə 18 nöqtədə 51 videomüşahidə kamerası quraşdırılıb.