04.11.2015
Yeniliklər
Elektriklə çalışan taksilər
Bir neçə gün əvvəl İstanbul küçələrində görünməyə başlayan elektriklə də çalışan taksi bu şəhərdə ilk olduğu üçün hər kəsin diqqət mərkəzindədir. Bu taksilərin qiyməti 70-75 min dollar arasında dəyişir. Benzin xərci az olduğu və ətraf-mühitə daha az zərər verdiyi üçün qiymətinin çox olması onu almaq istəyənləri narahat etmir. Elektriklə çalışan maşın “Toyota Corolla”nın yeni modelidir. Maşının 84 kv-luq elektrikli motoru var. Bu motor 11,9 saniyədə 100 km/saat sürət yığa bilir. Məcburi hallarda sürəti saatda 160 km-ə çata bilir. Maşın bir dəfə elektrik yığdığı zaman maksimum 420 km, ortalama 280 km məsafə qət edə bilir.