04.11.2015
Yeniliklər
Bu avtobuslara 3 milyard xərcləyəcəklər
Rusiya höküməti ölkə regionlarında nəqliyyat vasitələrinin daha ucuz yanacaqdan istifadə etməsni dəstəkləyən planın icrasına başlayıb. Cars-az-ın BBC-yə istinadən məlumatına görə, həmin plan çərçivəsində Rusiya regionlarına qazla işləyən avtobusların alınması üçün subsidiya ayrılacaq. Rusiya Nazirlər Kabinetinin saytında dərc olunan məlumata əsasən, ayrılan vəsait hesabına, o cümlədən, qazla işləyən kommunal təsərrüfat texnikasını da almaq mümkün olacaq.
Bu məqsədlərə Rusiyanın 23 regionuna ümumilikdə büdcədən 3 milyard rubl ayrılır.
Qaz yanacağında işləyən texnika ilə regionların təchizatı hökümətin antiböhran siyasəti və "Sənayenin inkişafı və rəqabət qabiliyyətinin artırılması" dövlət proqramı ilə nəzərdə tutulub.