Biləsuvarda yol tikintisinə 2,8 milyon manat ayrıldı

Biləsuvarda yol tikintisinə 2,8 milyon manat ayrıldı

Biləsuvarda yol tikintisinə 2,8 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə 2,8 milyon manat Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dostlarınla paylaş


Şərhlər


Top