23.03.2016
Yeniliklər
“BakıKart”dan yenilik: Ödənişi internetlə aparmaq mümkün olacaq
Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq.
Сars-az xəbər verir ki, bu barədə “BakıKart"dan verilən məlumatda deyilir ki, yeni yükləmə metodu hazırda kommunal xidmət ödənişlərinin həyata keçirildiyi kimi olacaq. İnternet vasitəsilə yüklənən məbləğ sərnişin gediş haqqını ödədikdən sonra avtomatik olaraq kartın balansına köçürüləcək. Bunun üçün kartı "BakuBus" avtobuslarındakı oxuyucu qurğulara yaxınlaşdırmaq kifayətdir.