17.12.2015
Yeniliklər
Bakı-Sumqayıt dəmir yolu üçün daha iki qatar gətiriləcək
Bakı-Sumqayıt dəmir yolu üçün "Stadler Rail Group" şirkətinin daha iki qatarı gətiriləcək. Cars-az trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, qatarlardan biri artıq yoldadır, ikincisi isə dekabrın sonunda və ya yanvarın əvvəlində Bakıya gələcək: "Həmçinin Riqadan gələn köhnə qatarlarımız var, onları təmir etmişik. Əgər lazım olarsa, həmin qatarları dəmir yoluna buraxa bilərik".
C.Qurbanov qeyd edib ki, dəmir yollarında gediş kartlarından istifadəyə keçid də planlaşdırılır.