Bağlanan və yolu dəyişən avtobuslar

Bağlanan və yolu dəyişən avtobuslar

Son günlər Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşrutların son siyahısı məlum olub.

Cars-az xəbər verir ki, bu barədə Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb.

İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.

2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "Xətai" metrostansiyası;

15 saylı avtobus xəttinin hərəkət istiqaməti "Qara Qarayev"

120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "20-ci sahə"yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.

70 saylı avtobus xətti - "Neftçilər" metrostansiyası;

82 saylı sərnişin avtobusu - "Ulduz" stansiyası;

İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.

Dostlarınla paylaş


Şərhlər


Top