“Azpetrol”a yeni baş direktor təyin olundu

“Azpetrol”a yeni baş direktor təyin olundu

“Azpetrol LTD” MMC-nin baş direktoru vəzifəsinə Ceyhun Məmmədov təyin edilib. Bu barədə Modern.az-a “Azpetrol”un mətbuat xidmətindən məlumat verilib. Ceyhun Məmmədov 1999-cu ildən “Azpetrol” şirkətində müxtəlif vəzifələrdə çalışır. Baş direktor vəzifəsinə təyin olunmazdan öncə o,şirkətin əməliyyat departamentinin rəhbəri olub.

Xatırladaq ki, "Azpetrol” şirkətinin eks-baş direktoru Hüseynağa Rəhimov ötən həftə tutduğu vəzifədən azad edilib.

Dostlarınla paylaş


Şərhlər


Top