Azərbaycana dəmir yolu döşəyən kran gətirilib

Azərbaycana dəmir yolu döşəyən kran gətirilib

Azərbaycana dəmir yolu döşəyən kran gətirilib

"Pervaya Qruzavaya Kompaniya" Səhmdar Cəmiyyətinin Sankt-Peterburq filialı 102 tondan çox ağırlığa malik iriölçülü dəmir yolu döşəyən kranın Azərbaycana daşınmasını həyata keçirib.

Сars-az xəbər verir ki, bu barədə SC-dən verilən məlumata görə, kran dəmir yolunun təmir və tikintisi prosesində yolların döşənməsi və sökülməsi üçün nəzərdə tutulub.

İriölçülü yükün təhlükəsiz şəkildə daşınması üçün SC-nin Sankt-Peterburq filialının əməkdaşları onun çatdırılmasının logistik sxemini hazırlayıb, eləcə də yüklənmə və boşaldılma prosesinə nəzarət edib. Kran təhlükəsizlik məqsədiylə hər iki tərəfində platforma olmaqla qatarla daşınıb.

Dostlarınla paylaş


Şərhlər


Top