11.02.2016
Yeniliklər
Azərbaycan daha 5 "Stadler" ala bilər
Azərbaycan İsveçrənin "Stadler Rail Group" şirkətindən daha 5 ədəd elektrik qatarı ala bilər. Сars-az "report"-a istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri və sahibi Peter Şpuler məlumat verib. O Azərbaycanın 3 qatar aldığını, 2 qatarın isə artıq göndərilmək üzrə olduğunu bildirib: "Üç qatar artıq Azərbaycandadır, daha ikisi göndərilməyə hazır vəziyyətdədir. Həmçinin daha 5 qatarın Azərbaycana satılma ehtimalı var", - deyə o əlavə edib.