“Avtovağzal” stansiyası üçün yerüstü keçid tikilir

“Avtovağzal” stansiyası üçün yerüstü keçid tikilir

“Avtovağzal” stansiyası üçün yerüstü keçid tikilir

Biləcəri sakinlərinin tikilməkdə olan "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq üçün Bakı-Sumqayıt şosesi üzərindən yerüstü piyada keçidi inşa ediləcək. Cars-az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən AzərTac-a bildirilib ki, artıq piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və fundament qazılıb. Yerüstü piyada keçidi ilə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları üzrə işlərin 2016-cı ilin ilk yarısınadək yekunlaşdırılıb istifadəyə verilməsi planlaşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top