Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Avtomobildən baha velosiped satışa çıxarıldı
Avtomobildən baha velosiped satışa çıxarıldı

Avtomobildən baha velosiped satışa çıxarıldı

Almaniyanın avtomobil nəhəngi “Audi” indi də velosiped istehsalına başlayıb. Cars-az fins-ə istinadən xəbər verir ki, xüsusi özəlliklərə malik bu velosipedlər avtomobil qiymətinə satılır. “Audi”-nin avtomobil istehsalında istifadə etdiyi ultra texnologiya ilə hazırlanan “AudiSport Racing Bike” məhdud sayda buraxırılır. 5,8 kiloqram ağırlığı olan velosipedi “Audi Concept Design Studio” şirkəti hazırlayıb. Velosipedin oturacağında napa dərisindən istifadə edilib. Təkərləri isə “Audi”-nin yarış modeli olan “R18”-in çarxlarının hazırlanması texnologiyasına əsasən istehsal edilib. “Audi Sport Racing Bike”nin gövdəsinin ağırlığı isə cəmi 790 qramdır. Velosipedi sifariş etmək üçün nə az, nə çox 17 500 avro ödəmək lazımdır.

Dostlarınla paylaş


Şərhlər


Top