04.11.2015
Yeniliklər
Avropa Oyunları zamanı ictimai nəqliyyatın iş rejimində dəyişiklik
“Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi günlər ərzində Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejiminə keçəcək.
Cars-az xəbər verir ki, bunu “apa-economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.
“İlk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq”, - deyə N.Həsənov bildirib.
Qurum rəsmisi qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq.