04.11.2015
Yeniliklər
“Audi Q5” və “BMW X3” üçün yeni rəqib gəlir – FOTO
“Jaguar”ın yeni modeli hazırlanır. Avtolent.az-ın məlumatına görə, “Motorauthority” avtomobil jurnalının fotoqrafları yeni “Jaguar”ın sınaq zamanı şəklini çəkiblər. Jurnalın xəbərinə görə, “Concept C-X17” adlı model “Range Rovert Sport”un bazasında yaradılıb. Avtomobilin bazara “F-Pace” adı altında çıxarılacağı güman edilir. Yeni modelin benzin, dizel və hibrid mühərriklərlə təchiz olunacağı bildirilsə də, texniki göstəricilər barədə məlumat verilmir.
Qeyd edilir ki, avtomobilin uzunluğu 4.7 metr olacaq. Bu da “Audi Q5” və “BMW X3” üçün yeni rəqibin bazara daxil olması anlamına gəlir. Avtomobil satışa 2016-cı ilin sonunda çıxarılacaq.