46 il əvvəl oğurlanmış maşın tapıldı

46 il əvvəl oğurlanmış maşın tapıldı

Mayamidə yaşayan 82 yaşlı kişi öz idman avtomobilinə qovuşur. Avtomobil 46 il əvvəl oğurlandıqdan sonra, İvan Şneyder onu ilk dəfə görəcək. Anspress-in məlumatına görə, 1968-ci ildə cənab Şneyder gənc hüquqşünas idi və Nyu Yorkda yaşayırdı. Elə həmin il onun E tipli "Jaguar" maşını yaşadığı binanın həyətindən oğurlanır. Bu ilin iyun ayında isə Hollandiyaya gətirilən retro maşınların yoxlanışı zamanı təsadüfən məlum olur ki, bu, oğurlanmış avtomobildir.

"Jaguar" artıq ABŞ-a qaytarılıb və yiyəsinin tezliklə ona qovuşacağı gözlənilir.

Dostlarınla paylaş


Şərhlər


Top