04.11.2015
Yeniliklər
20 Yanvar dairəsində nəqliyyatın hərəkəti bərpa olunub
Paytaxtın Moskva prospektində şəhər istiqamətində (20 Yanvar dairəsi) aparılan təmir işləri yekunlaşıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları aparıb.